Düşmən Ordubada raket zərbəsi endirdi - Rəsmi

16.10.2020 13:46     Sosreaksiya     1280

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Reaksiya.az

Şərhlər