Gəncə terroru: ölənlərdən 3-ü azyaşlıdır, daha 2 uşaq itkin düşüb

17.10.2020 13:13     Sosreaksiya     725

Oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini ağır artilleriya silahlarından atəşə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Baş Prokurorluqdan Reaksiya.az-a bildirilib ki, həlak olmuş şəxlərdən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlıdır. Yaralanan 48 nəfərdən 23-ü kişi, 20-si qadın, 5-i azyaşlıdır. İki uşaq itkin düşüb.

Reaksiya.az

Şərhlər