Ermənistan yeni itkilərinin sayını açıqladı

18.10.2020 20:59     Sosreaksiya     509

Ermənistan Müdafiə Nazirliyi son itkilərinin sayını açıqlayıb.

Reaksiya.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi gün ərzində məhv edilən daha 37 hərbçisinin adını açıqlayıb.

Bununla da Ermənistanın rəsmən etiraf etdiyi itkilərinin sayı 710-a çatıb.

Qeyd edək ki, Ermənistan ordusunun 9 mindən çox itki verdiyi haqda məlumat var. Erməni anaları dəfələrlə aksiya keçirərək, övladlarının meyitini tələb edirlər.

Reaksiya.az

Şərhlər