Düşmən Tərtəri yenidən atəşə tutdu, mülki şəxs yaralandı

19.10.2020 09:41     Sosreaksiya     386

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Tərtər rayonunu növbəti dəfə atəşə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, oktyabrın 19-u səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alıb, ağır artilleriya ilə vasitəsi ilə rayonun ətraf kəndlərinə atəş açır.

Düşmən tərəfindən yenidən atılan top mərmisi rayonun Ələsgərli kəndinə düşüb. Nəticədə 1962-ci il təvəllüdlü mülki sakin yaralanıb və o, xəstəxanaya yerləşdirilib.

Reaksiya.az

Şərhlər