Hacıyev: 5 bölgəyə 229 mərmi atıldı

19.10.2020 09:45     Sosreaksiya     391

18 oktyabr - humanitar atəşkəsin birinci günü, saat 00:00-dan etibarən Ermənistan silahlı qüvvələri mülki şəxslərə və mülki obyektlərə raket zərbəsi endirib.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tviter hesabında yazıb:

H.Hacıyev bildirib ki, 5 bölgəyə 229 mərmi atılıb:

“Tərtərə 160, Ağdama 63, Goranboya 6...;

- 3 raket hücumu: 1 Xızı rayonuna, 2 Ağcabədidəki Poladlı kəndinə;

Reaksiya.az

Şərhlər