DİN-dən vətəndaşlara müraciət: Şübhəli əşyalara toxunmayın

23.10.2020 10:46     Sosreaksiya     574

Ermənistan terror siyasəti yürüdən dövlət olaraq ayrı-ayrı vaxtlarda ölkəmizin ərazisində 30-dan çox terror aktı təşkil edib.

Bu barədə Reaksiya.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Odur ki, gördüyünüz, rastlaşdığınız şübhəli əşyalara toxunmayın, bu barədə dərhal “102” Xidmətini və ya yaxınlıqda xidmət aparan polis əməkdaşlarını məlumatlandırın. Düşmənin məkrli olduğunu unutmayaq. Vahid məqsəd uğrunda günbəgün sıxlaşan cərgələrimizlə Qələbə gününü daha da yaxınlaşdıraq. Qarabağ Azərbaycandır!”, - məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər