Düşmən Qubadlıda 50 nəfərədək itki verib, geri çəkildi - VİDEO

25.10.2020 19:38     Sosreaksiya     387

Qubadlı istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstəriblər.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən 50 nəfərədək canlı qüvvə itirərək geri çəkilməyə məcbur edilib. Nəticədə düşmənin silah-sursatla dolu dörd avtomobil və bir zirehli texnikası ələ keçirilib.

Ələ keçirilən hərbi qənimətlərin görüntülərini təqdim edirik.

Reaksiya.az

Şərhlər