Bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları... - Prezident

26.10.2020 13:27     Sosreaksiya     948

Bir ay ərzində, demək olar ki, hər gün müsahibə verirəm. Mənə sual verilir ki, Türkiyənin F-16-sı nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam, gedin açın da, peykiniz var da, görmürsünüz nə qayırır?

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.

“Gedin baxın da, F-16 nə edir: havadadır, ya yerdədir. Hər kəs bilir ki, yerdədir və təlimlər üçün gəlib. Müharibə başlayandan qalıb. Türkiyə, qardaşlarımız onu mənəvi dəstək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, o F-16-ları görəcəklər onlar”, - o vurğulayıb.

Reaksiya.az

Şərhlər