Xankəndidə düşmən ordusunun üç əsas nöqtəsi məhv edildi

27.10.2020 16:23     Sosreaksiya     2999

Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əl-Cəzirə" kanalına müsahibəsində deyib.

"Xankəndidə erməni ordusunun üç əsas nöqtəsi var idi. Azərbaycan şəhərlərinə oradan raket atırdılar. Azərbaycan Ordusu həmin hərbi hədəfləri məhv etdi. Ola bilər ki, orada mülkilər arasında itkilər olsun. Lakin bu, məqsədli şəkildə edilməyib. Ermənistandan fərqli olaraq, Azərbaycan erməniləri məqsədli şəkildə bilərəkdən hədəfə almır", - Hacıyev deyib.

Reaksiya.az

Şərhlər