Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atdı

28.10.2020 09:59     Sosreaksiya     344

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.

Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Reaksiya.az

Şərhlər