Düşmən bu rayonlarımızı atəşə tutur - SON DƏQİQƏ

28.10.2020 10:06     Sosreaksiya     406

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-də gecə və səhər müxtəlif vaxtlarda Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən yaşayış məntəqələrimizi və bölmələrimizin mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumat görə, Ermənistanın Berd, Çəmbərək, Vardenis və Gorus rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarının əraziləri düşmən tərəfindən atəşə tutulub.

Səhər saat 07.35-dən 09.00-dək isə Ağcabədi rayonu ərazisi düşmən tərəfindən atəşə məruz qalıb.

Reaksiya.az

Şərhlər