Ermənistan Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atıb - ANAMA-nın direktoru

29.10.2020 15:55     Sosreaksiya     676

Sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə 13 ədəd ballistik “Skad” raketləri atılıb.

Reaksiya.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

Onun sözlərinə görə, həmin raketlərdən 2-si Gəncə, 1-i Mingəçevir, 1-i Qəbələ, 1-i Kürdəmir ərazisinə düşüb: “Bundan başqa Füzuli rayonu ərazisində 1 ədəd partlamamış Toçka-U raketi aşkarlanıb”.

Reaksiya.az

Şərhlər