Bərdəni atəşə tutan "Smerç" məhv edildi - VİDEO

30.10.2020 10:21     Sosreaksiya     343

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik. Reaksiya.az

Şərhlər