Uşaqların sinifdə qalması nəzərdə tutulmur - Təhsil naziri

30.10.2020 11:36     Sosreaksiya     337

Uşaqların sinifdə qalması nəzərdə tutulmur. Hər bir şagird öz təhsilini davam etdirir.

Reaksiya.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

"Biz hazırda təhsil sistemi olaraq distant təhsilə keçiddən danışmırıq. Bu təhsil növü yaranmış vəziyyətdən çıxış yoludur. Uzunmüddətli tətillə müqayisədə, distant təhsilin tədrisi daha məqsədəuyğundur. Hətta müəllimin Votsap və ya digər platformalar üzərindən şagirdə nəsə öyrətməsi də təqdirəlayiqdir.

1 milyona yaxın şagird kəndlərdə təhsil alır. Distant təhsildən istifadə dairəsi rayonlarda genişlənib. İrəliyə doğru addım atmaq çətindir, amma bu bizi arzuladığımız yerə çatdırır. Distant təhsil təcrübəsi müəllimlərdə də müəyyən bilik və bacarıqları artırır. Bu təhsil növü müəllimin təkcə kamera qarşısında danışması deyil. Belə dəyişikliklər təəssüf ki, tez baş vermir. Çünki ötən il ağlımıza gəlmirdi ki, distant təhsilə keçid edəcəyik", - nazir bildirib.

Reaksiya.az

Şərhlər