Əli Əsədov Qaxariyaya məktub göndərdi

02.11.2020 17:22     Sosreaksiya     378

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Reaksiya.az-a bildirilib ki, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Reaksiya.az

Şərhlər