Separatçıların “müdafiə nazirinin müavini” də MƏHV EDİLDİ

02.11.2020 17:24     Sosreaksiya     656

Qondarma Dağlıq Qarabağ rejiminin Müdafiə nazirinin müavini Artur Sarkisyan Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatları nəticəsində öldürülüb.

Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan”a Qarabağ Müdafiə Ordusundakı mənbə təsdiqləyib.

Qeyd edək ki, polkovnik Artur Sarkisyan bu ilin iyul ayında Müdafiə nazirinin müavini və Müdafiə Ordusu Komandirinin müavini təyin edilmişdi. Bundan başqa, 2 noyabrda açıqlanan ölən erməni hərbçilərinin siyahısında Sergey Şakaryanın adı var. 4 oktyabrda polkovnik Şakaryan Qarabağ Prezidenti Araik Arutyunyanın fərmanı ilə "Artsax Qəhrəmanı" adına layiq görülüb.

Xatırladaq ki, qondarma Dağlıq Qarabağ rejimin Müdafiə naziri Cəlal Harutyunyan da 27 oktyabrda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdi.

Reaksiya.az

 

Şərhlər