Azərbaycan Ordusu bəzi mövqeləri ələ keçirməyə nail oldu - Ovannisyan

02.11.2020 23:13     Sosreaksiya     382

Ermənistan ordusu bu gün Xocavənd (Martuni) istiqamətində döyüşlərdə bəzi mövqeləri itirib.

Reaksiya.az xəbər xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan bugünkü brifinqdə deyib.

Ənənəvi leksikonuna sadiq qalan Ovannisyan bu gün səhər 7 radələrindən Azərbaycan Ordusunun Xocavənd-Ağdərə istiqamətində hücuma keçdiyini, ancaq geri otuzdurulduğunu deyib:

"Buna baxmayaraq, düşmən (Azərbaycan Ordusu nəzərdə tutulur - red.), bəzi mövqeləri ələ keçirməyə nail oldu. Hazırda döyüşlər davam edir”.

Reaksiya.az

Şərhlər