Ermənilər Daşkəsəni atəşə tutdu, yanğın oldu

03.11.2020 10:35     Sosreaksiya     336

Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından Daşkəsən rayonunun ərazisini atəşə tutması nəticəsində meşəlik ərazidə yanğın olub.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, yanğın 5 hektardan çox ərazini əhadə edib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub

Dağlıq ərazidə olan meşədə baş vermiş yanğın bir neçə saatdan sonra söndürülüb.

Xatırladaq ki, düşmən bir neçə gün öncə də Daşkəsəni ağır artilleriya atəşinə tutması nəticəsində Zivlən kəndində ki, meşəlik ərazisində də yanğın olub.

Reaksiya.az

Şərhlər