Düşmənin muzdlu dəstələrində bu ölkələrin vətəndaşları var - Prezidentin köməkçisi

03.11.2020 16:17     Sosreaksiya     349

Ermənistanın muzdlu dəstələrində Livan, Suriya, Kanada və s. ölkələrin vətəndaşları var.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

PA rəsmisi qeyd edib ki, təkcə VOMA terror təşkilatında 300-dən artıq muzdlu cəmləşib:

"Fransanın radikal təşkilatının nümayəndəsinin də Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmək üçün dəstə topladığı barədə məlumatlar var. Eyni zamanda PKK üzvlərinin də işğal olunmuş ərazilərdə olması barədə məlumatlar mövcuddur. Ermənistan bu sahədə fəaliyyəti qadağan edən BMT konvensiyasını tez-tələsik qəbul etməklə diqqəti yayındırmaq, riyakarlıq etmək istəyir".

Reaksiya.az

Şərhlər