Düşmən Ağdama 30-a yaxın top mərmisi atdı

03.11.2020 16:53     Sosreaksiya     362

Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutmaqda davam edir.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, düşmən tərəfindən rayonun Mirəşirli və Əhmədağalı kəndləri ərazisinə ümumilikdə 30-a yaxın top mərmisi düşüb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar