MN: Azərbaycan Ordusunun cəbhənin şimal istiqamətində itki verərək geri çəkilməsi yalandır

03.11.2020 19:22     Sosreaksiya     347

Ermənistan tərəfi hər zaman olduğu kimi, yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun "diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.
 
Müdafiə Nazirliyindən  Reaksiya.az-a verilən məlumata görə, qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.
 

Şərhlər

Çox oxunanlar