Düşmənin "öldürdüyü" polkovnikimiz xidmət başındadır

04.11.2020 12:49     Sosreaksiya     401

Ermənistan silahlı qüvvələrinin ötən gün guya Azərbaycan Ordusunun polkovniki Hafiz Ağayevi öldürməsi ilə bağlı yaydığı xəbər növbəti yalandır.

Reaksiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən Report-un sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd olunur ki, polkovnik Hafiz Ağayevin səhhəti yaxşıdır və hazırda xidmətini davam etdirir.

Reaksiya.az

Şərhlər