Ağcabədidə ermənilərin atdığı “smerç” raketinin döyüş başlığı aşkarlanıb

04.11.2020 12:58     Sosreaksiya     404

Ermənistan silahlı qüvvələri tərəfindən Ağcabədiyə atılmış “smerç” raketi boş əraziyə düşüb.

ANAMA-dan Reaksiya.az-a verilən məlumata görə, raket partlamayıb.

ANAMA-nın əməkdaşları onu yerində zərərsizləşdirib.

Müharibə başlayandan Ağcabədi və Ağdam rayonları ərazisində partlamamış 14 “smerç” raketi zərərsizləşdirilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar