Pandemiya dövründə Həcc ziyarətinə getmək olarmı? - Həkim rəyi

04.11.2020 15:57     Sosreaksiya     576

Karantin müddətində daha çox evdə qalmaq məsləhətlidir

Qaydalara riayət edilərsə həcc ziyarətini də sağlam şəkildə həyata keçirmək mümkündür.

Bunu həkim Vasif İsmayıl mövzu ilə bağlı Reaksiya.az-a verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, səyahət etmək mümkün olsa da, karantin müddətində daha çox evdə qalmaq məsləhətlidir. 

"Pandemiya dövründə, xüsusən də xaricə gedərkən kontaktları azaltmaq məsləhət görülür. Xəstəliyin yayılmasının qarşısını almaqda bunun ciddi rol oynadığı artıq sübut olunub. Amma müəyyən qaydalara riayət etməklə bu səyahəti də həyata keçirmək mümkündür. Həcc ziyarəti bir çox vətəndaşların daxili ehtiyacından yaranan bir səyahətdir. Hər bir ziyarətçi özü şəxsən xəstəlik üçün önləyici tədbirləri görüb, qaydalara riayət edərsə digər səyahətlər kimi bunu da sağlam şəkildə həyata keçirmək mümkündür". 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı həcc ziyarətinə icazə verilən ölkələrin siyahısını açıqlayıb: Azərbaycan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Çin, Türkiyə, Belarusiya. 

Rusiya, Qırğızıstan, Misir, Böyük Britaniya, İtaliya və ABŞ müsəlmanlarına həcc ziyarətinə gəlmək qadağan olunub.

 

Nübar Lətifli

Reaksiya.az

 

Şərhlər