Azərbaycan bayrağı Şuşada ucala bilər... - Ovannisyan

05.11.2020 23:16     Sosreaksiya     398

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan bugünkü açıqlamasında olduqca ilginc məqama toxunub.

Reaksiya.az xəbər verir ki, o, hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağının olduğunu bildirib.

O etiraf edib ki, azərbaycanlı diversantlar Şuşada dövlət bayrağını ucalda bilərlər:

“Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qadıracaqlarını istisna etmirik”.

Başqa sözlə desək, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb və iddia edib ki, elə foto-videolar görsəniz, inanmayın, çünki Azərbaycan əsgəri bayraq qaldırandan sonra, şəkil çəkərək, “çıxıb gedirlər”.

Deyəsən, ermənilər də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra “çıxıb gedəcəyinə” inanmadığını nümayiş etdirib. Təsadüfü deyil ki, Ovannisyan buna görə bərk pəjmürdə olub və əhalini ona inanmamaqda ittiham edib.

Reaksiya.az

Şərhlər