Xankəndində düşmənin silah-sursat anbarı partladı - RƏSMİ

06.11.2020 13:17     Sosreaksiya     455

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

Sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Reaksiya.az

Şərhlər