Ermənipərəst Peqovun Bakıya töhfəsi

06.11.2020 16:42     Sosreaksiya     13409

Bu gün münaqişə bölgəsində erməni əsgərlərinin “şərəfli qələbə salnaməsini”, “cəsarət və qəhrəmanlığı”nı işıqlandırmağa dəvət olunan jurnalistlər, xüsusən də Semyon Peqov əslində məğlubiyyət salnaməsini lentə alır.

Bu fikri “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, heç bir “qürur”, “məğlubedilməzlik”, “ruh sarsılmazlığı” haqqında qavramlar erməni tərəfinin üzləşdiyi həqiqi fəlakətin mənzərəsinin üstünü örtmür və örtməyəcək:

“Peqov “sarsılmaz döyüşçülər”in qaçış kadrlarını yayımlayaraq sonradan Azərbaycan tərəfinin həm erməni hərbçilərinin cinayətkar əməllərini sübut etməyə, həm də bu müharibənin obyektiv mənzərəsinin yaradılması üçün istifadə edəcəyi foto və video sənədlərin arxiv məlumat bazasının yaradılmasına əvəzsiz töhfə verir”.

Qeyd edək ki, ötən gün Şuşa ətrafında “məğrurcasına” döyüşən erməni əsgərləri haqda təbliğat materialı hazırlayan Peqovun təbliğat materialı “suya düşüb”. Belə ki, çəkiliş prosesində Azərbaycan əsgərlərinin anidən atəşi ilə pərən-pərən düşüb, qaçmağa üz qoyan erməni əsgərlərinin lentə alınması əks-effekt doğurub və real mənzərəni üzə çıxarıb.(axar)

Reaksiya.az

Şərhlər