MN sözçüsü: "Azərbaycan əsgəri hədəfə yaxınlaşır"

06.11.2020 19:27     Sosreaksiya     642

"Ali Baş Komandanın əmriylə Azərbaycan əsgəri düşmənin 30 il müddətində işğal edilmiş ərazilərdə tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır".

Reaksiya.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.

"Əks-hücum əməliyyatında Ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləməkdir.

"Hazırda Azərbaycan Ordusunun qarşısında təkcə Ermənistanın silahlı qüvvələrinin bölmələri deyil, eyni zamanda xaricdən cəlb edilmiş muzdlu və xarici terrorçu döyüşçülər də var. Əldə edilən kəşfiyyat məlumatlarına görə, bu döyüşçülər müxtəlif ölkə vətəndaşları olan erməni əsilli muzdlulardır. Ermənistan siyasi-hərbi rəhbərliyi hiyləgərcəsinə onları qabağa - faktiki olaraq ölümə verməklə bu əcnəbilərin Azərbaycan tərəfindən döyüşlərə cəlb edilməsinə dair iftiralar atır, onların meyitlərinə də sahib çıxmır", - MN sözçüsü əlavə edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar