Düşmən Tərtər və Ağcabədinin kəndlərini atəşə tutub

07.11.2020 10:48     Sosreaksiya     490

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxarx qəsəbəsini, Qazyan və Hüsənli kəndlərini, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndini artilleriya atəşinə tutub.

Müdafiə Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, Azərbaycan Ordusu tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə tədbirlər görülür.

Reaksiya.az

Şərhlər