Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb - Müdafiə Nazirliyi

07.11.2020 11:02     Sosreaksiya     485

Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən fasilələrlə atəşə tutulması ilə bağlı Ermənistan tərəfinin yaydığı xəbər tamamilə həqiqətə uyğun deyil.

Bu barədə Reaksiya.az Müdafiə Nazirliyindən məlumat verilib.

"Bildiririk ki, Azərbaycan Ordusu Şuşa şəhərini atəşə tutmayıb", - məlumatda bildirilib.

Reaksiya.az

Şərhlər