Beyləqanda ağır qəza: 4 piyadanı vurdu, 3-ü öldü

07.11.2020 13:52     Sosreaksiya     568

Beyləqanda avtomobil 4 piyadanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, Noyabrın 6-da saat 19 radələrində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi ərazisində şəhər sakini X.Hüseynov idarə etdiyi “Renault” markalı avtomobillə yolun kənarında dayanmış Rasim Rufullayevi, C.Musayevi, Qismət Əliyevi və oğlu Hikməti vurub.

Nəticədə R.Rufullayev, Q.Əliyev və Hikmət aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər