Erməni “canavar”-polkovnik məhv edildi

09.11.2020 11:38     Sosreaksiya     406

Erməni mediası və sosial şəbəkələr ölkənin “ən güclü döyüşçü”lərindən birinin ölümü haqda yazır.

Reaksiya.az Axar.az-a istinadən xəbər verir ki, söhbət erməni silahlı qüvvələrinin polkovniki Arman Edvardoviç Drmeyandan gedir.

Sosial şəbəkələrin erməni seqmentində istifadəçilər Drmeyanın xüsusi qəddarlığına görə “canavar” adlandırıldığını qeyd edirlər:

“Canavar” bir müddət əvvəl öldürüldü. Uzun müddətdir ki, Ermənistanın Müdafiə Nazirliyi Drmeyanın ölümü haqda informasiyanı qəsdən gizlədib ki, bu, erməni əsgərlərinin mənəvi ruhuna təsir etməsin”, - deyə erməni istifadəçiləri yazır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar