BAXCP: Milli Məclis Şuşaya köçürülsün!

10.11.2020 12:36     Sosreaksiya     401

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) erməni işğalına son qoyulması, Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış əraziləri üzərində suveren hüquqularının bərpa edilməsi münasibətilə xalqımızı təbrik edib.

Reaksiya.az xəbər verir ki, BAXCP bu möhtəşəm Qələbə üçün canlarını fəda etmiş şəhidlərimizin heç zaman unudulmayacağını bəyan edib.

Qeyd edək ki, BAXCP, eyni zamanda Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin həm də siyasi mərkəzə çevrilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinin Şuşaya köçürülməsi təklifi ilə çıxış edib.

Reaksiya.az

Şərhlər