Füzulinin azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkildi

11.11.2020 16:42     Sosreaksiya     684

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağaclar əkilib.

Reaksiya.az xəbər verir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.
Füzulinin azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkildi- FOTO
 
 
 
 

 

Şərhlər