Vilayət Eyvazov azad edilmiş yerlərə komendantlar təyin etdi

12.11.2020 14:50     Sosreaksiya     798

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.

Reaksiya.az

Şərhlər