Milli Məclis Prezidentə və Xalqa müraciət hazırlamaq üçün komissiya yaradıb

13.11.2020 12:02     Sosreaksiya     287

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciətini hazırlamaq üçün komissiya yaradılıb.

Reaksiya.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin plenar iclasında məlumat verib. Sədr elan edib ki, komissiyanın sədri Əli Hüseynli, üzvləri Nizami Cəfərov, Tural Gəncəliyev, Nigar Arpadarai və Erkin Qədirlidir.

Bundan sonra komissiya heyəti müraciət mətnini hazırlamaq üçün iclas zalını tərk edib.

Reaksiya.az

Şərhlər