Fəxrəddin Abbasov həbsxanada intihar etdi

13.11.2020 12:39     Sosreaksiya     1674

Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib.

Reaksiya.az Qafqazinfoya istinadən xəbər verir ki,v onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşlarıyla əlaqədə ittiham olunaraq 16 il müddətinə azadlıqdan məhrum edilib.

F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb. 

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbaszadə haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.

Reaksiya.az

Şərhlər