Təhsil Nazirliyi qələbə ilə bağlı əmr hazırlayır

13.11.2020 15:10     Sosreaksiya     511

“Azərbaycanın tarixi şanlı qələbəsi haqqında məlumatların fənnindən və sinfindən asılı olmayaraq, müəllimlər tərəfindən şagirdlərə ötürülməsi, onlarla müzakirə edilməsi ilə bağlı Təhsil Nazirliyində əmr hazırlanır”.

Reaksiya.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin  Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, şanlı qələbəyə gedən yol uşaqlarla analiz edilməlidir:

“İşğaldan azad edilən torpaqlarımızın coğrafiyası, musiqisi, tarixi haqqında şagirdlərə danışmaq lazımdır. Bu, böyük bir öyrənmə arealıdır”.

“Fənnindən, sinfindən asılı olmayaraq, istənilən dərsdə bu mövzu keçirilə bilər. Bundan uşaqlarda vətənpərvərlik ruhunun yüksəlməsi üçün istifadə etmək lazımdır”, - deyə şöbə müdiri qeyd edib. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar