Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi atılıb - Hikmət Hacıyev

13.11.2020 18:30     Sosreaksiya     586

Sentyabrın 27-dən Ermənistanın Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutması nəticəsində Azərbaycanın mülki infrastrukturuna külli miqdarda ziyan dəyib.

Reaksiya.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev bildirib ki, 27 sentyabrdan başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə və obyektlərinə məqsədyönlü şəkildə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.

Reaksiya.az

Şərhlər