“Mədəniyyət abidələrinin hədəfə alınması hərbi cinayətdir” - Hikmət Hacıyev

13.11.2020 18:52     Sosreaksiya     612

“İlkin qiymətləndirməyə görə ziyan dəymiş obyektlər sırasında məscidlər, qəbirstanlıq, kilsələr var. Onların sayı 19-dur. Dörd məscid və kilsə, 15 qəbirstanlıq var”.

Reaksiya.az-ın verdiyi məlumata görə, bu sözləri bu gün Bakı Biznes Mərkəzində müharibə nəticəsində dəymiş zərərin qiymətləndirilməsi və bunun aradan qaldırılması ilə əlaqədar dövlət tərəfindən görülən işlər barəsində keçirilən brifinqdə Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların gedişində mədəniyyət abidələrinin hədəfə alınması da hərbi cinayətdir:

“Hətta dəfn mərasiminin keçirildiyi bir şəraitdə qəbirstanlıq hədəfə alınıb. Bu abidələrin də bərpası həyata keçiriləcək”.

“Ermənistanın təcavüzü nəticəsində təmas xəttinə yaxın yerləşən bir sıra rayonlar üzrə 50-dən artıq məktəbə də ziyan dəyib”, - deyə H.Hacıyev əlavə edib.

Reaksiya.az

Şərhlər