Ermənilər Kəlbəcərdəki Xudavəng monastırını sökür

16.11.2020 12:58     Sosreaksiya     581

Kəlbəcərdə ermənilərin vandal hərəkətləri davam edir.

Noyabrın 25-dək Kəlbəcəri təhvil verməli olan ermənilər oradakı evləri və meşəni yandırmaqla yanaşı, tarixi abidələrə də ziyan vururlar. 

Belə ki, ermənilər Kəlbəcər rayonu ərazisindəki qədim tarixi abidə olan Xudavəng monastırını sökməyə başlayıblar. Onlar monastırda qədim əşyaları, əsərləri və digər qiymətli əşyaları Ermənistana daşımağa başlayıblar.

Xatırladaq ki, Kəlbəcər rayonu ilə Dağlıq Qarabağ arasında yerləşən monastır IX-XIII əsrlərdə Alban şahzadəsi Vaxtanqın həyat yoldaşı tərəfindən inşa olunub. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğaldan sonra onlar 1954-cü ildə qəbul edilən Haaqa Konvensiyasını pozaraq, monastırı saxtalaşdırıblar. Kəlbəcərin işğaldan azad edilməsindən sonra ermənilər monastırdakı zəngləri, məşhur Alban Xudavəng monastırının xaç daşlarını və digər qiymətli əşyaları sökərək qeyri-qanuni olaraq Ermənistana aparıblar.

 

Şərhlər

Çox oxunanlar