Azad edilmiş ərazilərdə teleradio yayım infrastrukturunun bərpasına başlandı

18.11.2020 16:20     Sosreaksiya     525

Ölkədə radio-televiziya yayım təminatını həyata keçirən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə başlayıblar.

Bunu MTRŞ-nin Aparat rəhbəri, sədrin köməkçisi Fazil Novruzov deyib.

Onun sözlərinə görə, həmin ərazilərdəki teleradio yayımı üçün infrastruktur ya tamamilə dağıdılıb, ya da Ermənistanın televiziya və radiolarını yayımlamaqdan ötrü istifadə olunub:

“Artıq bərpa işləri bitəndən sonra Azərbaycanda lisenziya almış bütün ölkə radio və televiziyaları orada yayımlanacaq. Bu da bir az vaxt alacaq”.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyindən isə bildirilib ki, yeni avadanlıqlar alınaraq azad edilmiş ərazilərə aparılıb:

“Yenidənqurma işləri aparılır. Hər şey yüksək səviyyədə təşkil ediləcək”.(Report)

Reaksiya.az

Şərhlər