Virusla mübarizədə bundan başqa yol yoxdur - Qarayeva

19.11.2020 14:36     Sosreaksiya     572

Biz bu müddətdə iki cəbhədə vuruşmuşuq. Mən buna görə tibb işçilərimizə təşəkkür edirəm.

Reaksiya.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Təəssüf ki, ölkəmizdə 2000-dən artıq gündəlik yoluxma müşahidə olunur. Daha əvvəl maksimal rəqəm 600 qeyd olunurdusa, bu gün səhiyyə sistemi yüklənir. Bu müddətdə ölkəmizdə 10-dan çox modul tipli xəstəxanalar açıldı, xarici ölkələrdən qısa və uzun müddətli fəaliyyət göstərən tibbi mütəxəssislər gətirildi.

Biz müharibədə vuruşan əsgərlərimizə xidmət göstərməyə davam edirik və buna görə də hər iki cəbhədə mübarizəmiz davam edir. Biz gördük ki, xalqımız istədiyi təqdirdə, birlik ola bilir. Bu gün koronavirusa görə birlik göstərməyin vaxtı gəlib”, - Y.Qarayeva bildirib.

O qeyd edib ki, yoluxma saylarının artması nəticəsində xəstəxanalarda xəstələrin qospitalizasiyası üçün yer sayında azalma müşahidə olunur:

“Daha əvvəl gün ərzində maksimal 5 000 test aparılırdısa, bu gün bu sahə 13 000-ə çatdırmışıq. Lakin paralel olaraq dünyasını dəyişən xəstələrimizin sayı 10-dan 25-ə yüksəlib.

Artıq bütün dünyanın gəldiyi nəticəyə görə, virusla mübarizədə karantindən başqa yol yoxdur. Biz bunu Avropa ölkələrində də gördük, hər birində fərqli sərt karantin tədbirləri görülür. Nəzərə alaraq ki, qarşıdan qış fəsli gəlirx başqa mübarizə yolu yoxdur. Peyvəndin tətbiqinə başlayana qədər başqa yol yoxdur”.

Reaksiya.az

Advertisement Banner

Şərhlər