Kəlbəcər əhalisinin sayı açıqlanıb

25.11.2020 13:21     Sosreaksiya     1298

Bu gün Ermənistanın işğalından azad edilən Azərbaycanın Kəlbəcər rayonun əhalisinin sayı açıqlanıb.

Report xəbər verir ki, 2020-ci ilin yanvarın 1-i tarixinə olan məlumata əsasən, rayonun əhalisi 77 min nəfərdir.

Hazırda rayondan məcburi köçkün düşənlərin 22%-i Gəncədə, 14%-i Bakıda, 12%-i Goranboyda, qalan hissəsi ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

Reaksiya.az

Şərhlər