Azərbaycanda partiya sədri koronavirusdan vəfat etdi

07.12.2020 17:10     Sosreaksiya     341

Yurddaş Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı Mais Səfərli bu gün koronavirusdan dünyasını dəyişib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, koronavirusa yoluxmuş M.Səfərli virusa təxminən 2 ay əvvəl yoluxub.

Qeyd edək ki, M.Səfərli II çağırış (2000-2005-ci illər) Milli Məclisin üzvü olub. Partiya sədrinin 62 yaşı var idi.

Reaksiya.az

Şərhlər