Bakıda birmərtəbəli ev yandı

08.12.2020 09:57     Sosreaksiya     431

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Reaksiya.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar