Koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq - Hikmət Hacıyev

08.12.2020 15:13     Sosreaksiya     342

Dünya miqyasında yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 60 milyon nəfəri ötüb, ölənlərin sayı milyonu keçib.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirilən brifinqdə deyib.

"Pandemiya sosial problemlərə, yoxsulluq və işsizliyə də yol açıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının xüsusi sessiyasında da bu məsələlər müzakirə olundu. Yaxınlarımızda ölüm və koronavirusun doğurduğu faciəvi halların şahidi oluruq. Bu da ölkə ictimaiyyətini ciddi surətdə narahat edir, sərtləşdirici tədbirlərin tətbiqi barədə müraciətlər var”, - o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar