Bu dərmanlar həkim təyinatı olmadan qəbul edilə bilməz

08.12.2020 15:16     Sosreaksiya     624

Bu gün xəstələrin xəstəxanaya ağırlaşmış halda daxil olması həkimlərin işini çətinləşdirir.

Reaksiya.az xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

"Vətəndaşlar arasında sosial şəbəkələrdə özünü müalicə reseptləri paylaşılır. Vitaminlər və bəzi qandurulaşdırıcılar qəbul edilir. Qandurulaşdırıcılar həkim təyinatı ilə qəbul olunmalıdır. Xüsusilə də hormonal preparatlar həkim təyinatı olmadan qəbul edilə bilməz. Bu siyahıya antibiotik və antiviral dərmanlar da daxildir", - o bildirib.

Reaksiya.az

Şərhlər