"Evdə özünü müalicəyə ehtiyac yoxdur" - Şahmar Mövsümov

08.12.2020 15:32     Sosreaksiya     1795

“Bəzi hallarda insanlar evdə özünü müalicə ilə məşğul olurlar və ağırlaşan zaman xəstəxanaya müraciət edib reanimasiyaya yerləşdirilirlər”.

Reaksiya.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

“Dövlət bu gün pulsuz tibbi xidmət göstərir, ona görə də evdə özünü müalicəyə ehtiyac yoxdur. Bu səbəbdən vaxtı-vaxtında polikliniklara müraciət etmək lazımdır”, - o bildirib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar