Tankçımız 20 gün sonra komadan ayıldı

09.12.2020 15:07     Sosreaksiya     656

Tankçı, MAXE Mamedov Samir Eldəniz oğlu 44 günlük Vətən müharibəmizdə qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biridir.
 
 Samir 1993-cü ilin noyabrın 10-da Ağcabədi rayonunda anadan olub. Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlər zamanı iki dəfə yaralanıb. Müharibənin ilk günlərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada çox qalmaq istəmədiyini bildirən Samir, təkid edərək qısa müddətdə yenidən cəbhəyə qayıdıb. Bu dəfə isə onun idarə etdiyi tank minaya düşərək partlayıb.
 
Partlayışdan sonra 20 gün koma vəziyyətində qalan hərbçimiz bu günlərdə möcüzəvi şəkildə ayılıb. Hazırda Samirin müalicəsi Bakıda davam etdirilir.
  •  
  •  
  •  
  •  
 
 
 

Şərhlər

Çox oxunanlar